e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

301 Nominal (nizamnamə) kapital

Hesablar planının 30-cü hesabında müəssisənin ödənilmiş nominal (nizamnamə) kapitalı barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bu kapital iki göstərici ilə və ya buraxılmış səhmlər 301-ci hesabın (Nominal (nizamnamə) kapital) kreditində Nizamnamə kapitalın səhmdarlara aid olmayan hissəsi isə 302-ci hesabın (Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi) debitində uçota alınır. Bu göstəricilər əsasında Mühasibat balansının 30-cu maddəsində əks olunmuş xalis qalığın açıqlanması təmin edilir.

Nizamnamə kapitalı müəssisə yaradılarkən, təsis sənədləri ilə müəyyən edilmiş həcmdə onun fəaliyyətini təmin etmək üçün müəssisənin əmlakına iştirakçıların (sahibkarların) qoyduğu payların (pul ifadəsində) məcmusunu özündə əks etdirir. Nizamnamə fondunun yaradılma qaydası qanunverici və təsisedici sənədlərlə nizamlanır.

301 "Nominal (nizamnamə) kapital" hesabının qalığı müəssisənin təsisedici sənədlərində müəyyən edilmiş nizamnamə fondunun həcminə müvafiq olmalıdır. 301 "Nominal (nizamnamə) kapital" hesabı üzrə yazılışlar yalnız müəssisənin təsisedicisi sənədlərində müvafiq dəyişikliklər edildikdən sonra nizamnamə kapitalının müəyyən edilmiş qaydada həyata keçirilən artması və azalması hallarında aparılır.

Müəssisə dövlət qeydiyyatından keçdikdən sonra onun nizamnamə kapitalı təsisedici sənədlərdə nəzərdə tutulan təsisçilərin(iştirakçıların) qoyduğu məbləğdə (səhmlərə aparılan yazılış məbləğində) 301 "Nominal (nizamnamə) kapital" hesabının kreditində və 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının debetində əks etdirilir. Təsisçilərin pay qoyuluşlarının müəssisəyə faktiki daxil olması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının kreditində və aktivlərin debetində qeyd edilir.

Misal.

Müəssisə 150 000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 100 000 manat pul formasında və 50 000 manat əmlak formasında olub.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Nizamnamə kapitalının formalaşması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 301 "Nominal (nizamnamə) kapital" 150 000
2 Nizamnamə kapitalında qeyd edilən məbləğin təsisçilər tərəfindən müəssisənin bank hesabına daxil olması 223 "Bank hesablaşma hesabları" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 100 000
3 Nizamnamə kapitalında qeyd edilən əmlakın daxil olması. 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 50 000

Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.

301 Nominal (nizamnamə) kapital


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.