e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.

2020-04-24 | Mühasibat uçotu | 4876

Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.

Bu, AR Milli Məclisində 24.04.2020 tarixində müzakirə ediləcək "Nağdsız hesablaşmalar haqqında" AR Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.

Bundan başqa, layihəyə əsasən xam dərinin tədarükü (alışı) fəalliyyəti də vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən malların nağd qaydada satın alınması siyahısına daxil edilir.

Mənbə: http://meclis.gov.az/?/az/law/2401/2


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.