e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda yük göndərənin - MƏSULİYYƏTİ ARTIRILIR

2020-04-24 | Hüquq | 3557

Azərbaycanda yük göndərənin daşıyıcı qarşısında məsuliyyəti artırılır.

FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Məcəllənin 853.2-ci maddəsində "məlumatın" sözü "məlumatların və sənədlərin" sözləri ilə əvəz edilir. Bununla da yük göndərən yalnız məlumatın deyil, sənədlərin də olmamasına görə dəyən zərərin əvəzini ödəyəcək.

Hazırkı maddədə isə qeyd olunur:

“Yük göndərən bu məlumatın olmaması və qeyri-dəqiqliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir”.

Mənbə: https://www.fed.az/az/neqliyyat/azerbaycanda-yuk-gonderenin-mesuliyyeti-artirilir-79093


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.