e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Eldəniz Cəfərov: Vergi güzəştləri sərnişin daşımaları sahəsində sabitliyə müsbət təsir göstərəcək və böhranın qarşısını alacaq

2020-04-24 | Vergilər | 3208

Bu gün dövlətimizin əsas məqsədi koronavirus pandemiyasının ölkədəki vəziyyətə təsirini yumşaltmaqdır və vaxtlı-vaxtında atılan addımlar sahibkarlar üçün müsbət nəticələr verə bilər.

Bunu Trend-ə avtomobil eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Bakıda taksi operatorları 18 manat vergi və 62,5 manat sosial sığorta qismində ödəmələr edir. Onların vergi və sosial yükü ümumilikdə 80,5 manat təşkil edir. Aprelin 24-də edilmiş dəyişikliklərdən sonra bu şəxslər vergi qismində 9 manat, sosial sığorta qismində 30 manat ödəyəcək və ümumi vergi və sosial sığorta yükü 51,5 faiz, və ya 39 manat azalacaq:

“Ümid edirəm ki, pandemiyadan ən çox zərər çəkmiş sahələrdə işləyən sahibkarlıq subyektləri üçün bu cür vergi güzəştlərinin tətbiq olunması sərnişin daşımaları ilə məşğul olan təşkilat və fiziki şəxslər üçün real dəstək olacaq. Pandemiya dövründə ən çox zərər çəkmiş sahələrdən biri sərnişin daşımaları və avtomobil nəqliyyatı sektorudur. Əlbəttə, vergi və sosial güzəştlərin azaldılması bu sektora müsbət təsir göstərəcək. Güzəşt proqramı sərnişin daşımaları sahəsində rəqabətə təsir göstəməyəcək, eyni zamanda dayanıqlılığa müsbət təsir göstərəcək və böhranın qarşısını alacaq”.

Mənbə: https://az.trend.az/business/3228466.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.