e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda elektron əmtəə nəqliyyat qaiməsi tətbiq ediləcək

2019-06-10 | Mühasibat uçotu | 4982

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) elektron əmtəə nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı iş aparır.

“Report” xəbər verir ki, bunu DANX-ın rəisi Həbib Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu sistem gələn il istifadəyə veriləcək: “Elektron əmtəə nəqliyyat qaiməsi sistemi yük alan, yük götürən və yük daşıyıcını vahid elektron məkanda birləşdirəcək. Yəni, sahibkarlar yükdaşıma prosesinə elektron nəzarət edə biləcək”.

www.e-muhasib.az saytının şərhi

Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu sənəd hər bir halda tərtib edilir: həm daşınma müəssisəyə məxsus avtomobil nəqliyyatı ilə həyata keçirildikdə, həm də kənar daşınma müəssisəsi tərəfindən həyata keçirildikdə. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz.

Əmtəə-nəqliyyat qaiməsi Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları ilə müəyyən olunmuş formada tərtib edilir. Yük daşınması müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, əmtəə-nəqliyyat qaiməsi yükgöndərən tərəfindən tərtib edilir. Yüklərin daşınması daşıyıcı müəssisə ilə bağlanmış müqavilə əsasında təşkil edildikdə, əmtəə-nəqliyyat qaiməsi hər iki müəssisə tərəfindən tərtib edilə bilər.

Bir daşınma üçün yalnız bir əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir. Bir neçə daşınma əməliyyatları üçün eyni əmtəə-nəqliyyat qaiməsinin istifadə etmək olmaz. Misal üçün, eyni məhsulu fərqli müəssisələrə çatdırmaq lazımdırsa, o zaman, hər bir çatdırılmaya ayrı əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir.

Daha ətraflı

https://www.e-muhasib.az/sened.php?n=905

Mənbə: https://report.az/i-nfrastruktur/azerbaycanda-elektron-emtee-neqliyyat-qaimesi-tetbiq-edilecek/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.