e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Xammal və materialların silinməsi

2015-10-02 | Mühasibat uçotu | 8123

Xammal və materiallar istehsal prosesinə, müəssisənin daxili ehtiyacları ödəmək üçün buraxıla bilər, satıla bilər, əvəzsiz verilə bilər və ya hər-hansı bir səbəbdən məhv edilə bilər (köhnəlmə, itki, oğurluq və s.).

Xammal və materialların buraxılışı müəssisədə materialların çıxışına limit qoyulubsa limit-zabor kartları ilə, limit qoyulmuyubsa - tələbnamədaxili qaimə əsasında icra oluna bilər. Xammal və materiallar satılırsa onların çıxışı qaimə-faktura ilə sənədləşdirilir.

Xammal və materialların istehsala və ya sair bir səbəbdən çıxışının qiymətləndirilməsi "Ehtiyatlar üzrə" 8 N-li Milli Mwhasibat Uçotu Standartının 25-ci bəndinə görə ehtiyatların ilkin dəyəri "ilk mədaxil - ilk məxaric" (FİFO) və ya çəkili orta dəyər düsturu əsasında hesablana bilər. Müəssisə, ehtiyatların ilkin dəyərinin hesablanmasında tətbiq etdiyi eyni düsturu xüsusiyyəti və istifadə edilməsi baxımından eyni olan bütün ehtiyatlara tətbiq etməlidir. Müxtəlif xüsusiyyətlərə malik olan və müəssisə tərəfindən müxtəlif cür istifadə edilən ehtiyatların ilkin dəyərini hesablamaq məqsədilə müxtəlif üsullardan istifadə edilə bilər.

AR Vergi Məcəlləsinin 139.4-cü maddəsinə görə:

Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Xammal və materialların xaricolmasının müxabirləşməsi aşağıdakı cədvəldə verilibdir.

N Əməliyyatın məzmunu Debet Kredit
1    Xammal və materiallar müəssisə daxilində istifadə edildikdə
1.1 Xammal və materialların dəyəri əsas, köməkçi istehsala və ya ümumtəsərrüfat xərclərinə silinir 20, 23, 25, 26 10
1.2 Hazır məhsulun və malların satışı zamanı istifadə edilən materiallar 44 10
1.3 Əsas vəsaitlərin quraşdırılması və istismara verilməsi zamanı istifadə edilən materiallar 07,08 10
2    Əvəzsiz olaraq verilən xammal və materiallar
2.1 Xammal və materialların ilkin dəyəri silinir 87,88 10
2.2 Əvəzsiz verilmiş xammal və materiallara hesablanan ƏDV 87,88 68
3    Xammal və materialların satışı
3.1 Xammal və materialların satışı 62 48
3.2 Xammal və materialların ilkin dəyəri silinir 48 10
3.3 Xammal və materiallara hesablanan ƏDV 48 68
3.4 Satışmış xammal və materiallara görə borcun müəssisəyə ödənilməsi 50, 51 62
4    Xammal və materialların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması
3.1 İtmiş, əskik gəlmiş, xarab olmuş və ya oğurlanmış xammal və materialların silinməsi 84,88 10
3.2 Hesablanan ƏDV 84,88 68

Mənbə: www.muhasib.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.