e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

"MÜHASİBİN ELEKTRON ENSİKLOPEDİYASI" EKSPERT SİSTEMİNDƏN

İSTİFADƏ HÜQUQUNUN VERİLMƏSİNƏ DAİR OFERTA MÜQAVİLƏSİ

1. ÜMUMI MÜDDƏALAR

1.1 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Osmanov Elnur Vahid oğlu, bundan sonra "Müəllif", ekspert sistemindən istifadə hüququnun verilməsinə dair Ümumi Oferta müqaviləsini dərc edir.

1.2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən bu sənəd ümumi oferta hesab edilir, və aşağıda qeyd edilən şərtlərin gəbul edildiyi təqdirdə, bu ofertanın akseptini həyata keçirən fiziki şəxs hazırki müqavilənin şərtlərinə əsasən Müəllifin ekspert sistemindən istifadə hüququnun verilməsinə görə ödəniş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.4 maddəsinə uyğun olaraq Müəllifin ekspert sistemindən istifadə hüququnun verilməsinə görə ödəniş ofertanın Aksepti hesab edilir, və bu ofertada qeyd edilən şərtlər ilə Müqavilə bağlanmış hesab olunur. Müəllif və fiziki şəxs arasında müqavilə elektron sənəd formasında bağlanılır.

1.3 Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ümumi ofertanın mətni ilə diqqətlə tanış olun, və əgər onun hər-hansı şərti ilə razı deyilsinizsə, Siz Müəllifin ekspert sistemindən istifadə hüququndan imtina edə bilərsiniz.

1.4 Bu ümumi ofertada qeyd edilən terminlərin açıqlaması aşağıdakı kimidir:

"Oferta" – Müəllifin, müqavilədə qeyd edilən şərtlər əsasında, ekpert sistemindən istifadə hüququnun verilməsi ilə bağlı, istənilən fiziki şəxsə ünvanlanmış müqavilə bağlamaq təklifidir, onun bütün əlavələri ilə birlikdə. (bundan sonra "Müqavilə").

"İstifadəçi" – Müqavilədə qeyd edilən şərtlər ilə Müəllif ilə Müqavilə bağlayan fiziki şəxs.

"Aksept" – İstifadəçi tərəfindən Müqavilə şərtlərinin tam və şərtsiz gəbulu.

"Ekspert sistemi" — materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusu.

"Ekspert sistemindən istifadə hüququnun verilməsi" - Müəllifin saytında olan ekspert sistemindən istifadə hüququnun verilməsi.

"Toplu" - materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir.

"Müəllifin internet səhifəsi" – Müəllifin rəsmi internet-portalı - www.e-muhasib.az

2. MÜQAVİLƏNİN PREDMETİ

2.1 Müəllif özünün İnternet səhifəsində olan ekspert sistemindən istifadə hüququnu verir. İstifadə etmək hüququnun verilməsinə görə mükafat şəklində alınan ödəniş məbləğləri və ödənişlərə uyğun ekspert sistemindən istifadə hüququnun müddəti Müəllifin internet səhifəsində qeyd edilibdir.

2.2 İstifadəçi ödəniş edir və ödənişə uyğun müddətdə ekspert sistemindən istifadə hüququnu əldə edir.

2.3 Bu Müqavilə və ona olan əlavələr Müəllifin rəsmi sənədidir və Ofertanın tərkib hissəsidir. Bu Müqavilənin istifadə edilən nüsxəsi Müəllifin internet səhifəsində yerləşdirilibdir.

3. OFERTANIN AKSEPTİ VƏ ÖDƏNİŞİN EDİLMƏSİ

3.1 İstifadəçi Müəllifin ekspert sistemindən istifadə hüququnun əldə edilməsi üçün ödəniş edir və bu ödəniş ilə Ofertanın Aksepti baş verir. Müqavilə Müəllifin ona aksept aldığı andan bağlanmış hesab olunur.

3.2 Ekspert sistemindən istifadə hüququnun ödənilməsi 100 %-lik ödənişlə bu Müqavilədə göstərilən qaydalara uyğun aparılmalıdır.

3.3 Ödənişin baş verməsi tarixi Müəllifin hesabına pul vəsaitlərinin daxil edilməsi hesab olunur.

3.4 Ekspert sistemindən istifadə hüququnun ödənilməsi ödəniş kartları vasitəsilə nağdsız qaydada həyata keçirilməlidir.

3.5 İstifadəçi Müəllifin hesabına ödəniş edərkən ödəniş kartının aid olduğu bank və elektron ödəniş sistemləri tərəfindən tutulan komissiya və köçürmə ilə bağlı olan xidmət haqqlarını özü ödəməlidir.

3.6 İstifadəçi etdiyi ödənişlərin doğruluğuna görə özü məsuliyyət daşıyır.

3.7 Bu Müqavilənin qüvvədə olma müddəti, İstifadəçinin seçdiyi dövr üçün "On-line ödəniş sistemindən" istifadələ etdiyi ödəmənin edilməsi və Müəllifin hesabına pul vəsaitlərinin daixil olması ilə avtomatik olaraq müəyyən edilir.

3.8 Bu Müqavilənin müddəti başa çatdıqdan sonra, İstifadəçinin ekspert sistemindən istifadə hüququ Müəllif tərəfindən dayandırıla bilər, və növbəti ödənişdən sonra ekspert sistemindən istifadə hüququ, növbəti ödəniş tarixindən İstifadəçi tərəfindən seçilən dörv üzrə yenidən verilə bilər.

4. EKSPERT SİSTEMİNDƏN İSTİFADƏ HÜQUQUNUN VERİLMƏSİ QAYDASI

4.1 İstifadəçi Müəllifin İnternet səhifəsində olan "On-line ödəniş sistemindən" istifadə edərək ekspert sistemindən İstifadə hüququnun verilməsi üçün ödəniş edir.

4.2 İstifadəçi tərəfindən edilən ödəniş müvəfəqiyyətlə başa çatdıqda İstifadəçiyə ekspert sistemindən istifadə hüququ avtomatik olaraq verilir.

4.3 Müəllif cari Müqavilənin qüvvədə olduğu müddətdə İstifadəçiyə ekspert sistemindən istifadə hüququ verir və müqavilənin vaxtı bitdikdə ekspert sistemindən istifadə hüququ dayandırılır.

5. TƏRƏFLƏRIN ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTİ

5.1 Müəllifin öhdəlikləri:

5.1.1 Müəllif hazırki müqavilənin müvafiq bəndlərinə əsasən İstifadəçinin ekspert sisteminə daxil olmasını təmin edir.

5.2 Müəllif məsuliyyət daşımır:

5.2.1 İstifadəçi tərəfində internet şəbəkədə, kompüterdə və ya mobil cihazda baş vermiş nasasızlıqlara görə ekspert sisteminə İstifadəçi tərəfində girişin məhdudlaşdırılmasına;

5.2.2 Ödənişlər edilən zaman İstifadəçi tərəfindən edilən səhvlərə.

5.3 İstifadəçinin öhdəlikləri:

5.3.1 Hazırki Müqavilənin müvafiq bəndlərinə əsasən ekspert sistemindən istifadə hüququnun verilməsinə görə ödənişin edilməsi

6. KONFIDENSIALLIQ VƏ MƏLUMATLARIN QORUNMASI

6.1 İstifadəçinin fərdi məlumatları "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq işlənilir.

6.2 Müəllifin internet səhifəsində qeydiyyatdan keçdikdə İstifadəçi aşağıdakı məlumatları təqdim etməlidir: Adı, Soyadı, Ata Adı, əlaqə nömrəsi, elektron poçt ünvanı.

6.3 Müəllifə öz fərdi məlumatlarını təqdim etməklə İstifadəçi Müəllif tərəfindən bu fərdi məlumtları işləməyə razılıq verir, o cümlədən İstifadəçi qarşısında öhdəliyini yerinə yetirmək, mal və xidmətlərini təşviq etmək, Elektron və sms sorğularını aparmaq, marketinq kampaniyalarının nəticələrini təhlil etmək, İstifadəçi dəstəyi fəaliyyətini həyata keçirmək, İstifadəçinin suallarını cavablandırmaq, İstifadəçilər arasında marketinq kompaniyaları keçirmək və s.

6.4 Fərdi məlumatların işlənilməsi dedikdə fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutulur.

6.5 Müəllif İstifadəçiyə, onun razılığı ilə, faydalı məlumatlar, o cümlədən, reklam xarakterli məlumatlar elektron poçt və ya mobil telefon nömrəsinə göndərə bilər. İstifadəçi Müəllifin 070 201 12 58 mobil nömrəsi ilə əlaqə saxlayaraq və ya admin@e-muhasib.az elektron poçt ünvanına məktub yazaraq reklam xarakterli məlumatların ona göndərilməsindən imtina edə bilər. Ekspert sistemində qeydiyyatdan keçmək və onlara istifadə hüququnun verilməsi ilə bağlı olan məlumatlar avtomatik göndərilir və İstifadəçi tərəfindən imtina edilə bilməz.

6.6 Müəllif “cookies” texnologiyasından istifadə edə bilər. “Cookies” konfidensial məlumat daşımırlar. İstifadəçi cookies texnologiyasından istifadə edərək statistik məlumatların toplanmasına, onların təhlilinə razılıq verir.

6.7 Müəllif www.e-muhasib.az saytının ziyarətçisi olan İstifadəçinin ip-ünvanı barədə məlumatı əldə edir. Bu məlumat ziyarətçinin şəxsiyyətinin müəyyən ediməsi üçün istifadə edilmir.

6.8 İstifadəçi tərəfindən Müəllifin saytında ümumi istifadə formasında yerləşdirilən məlumata görə Müəllif məsuliyyət daşımır.

7. MÜƏLLİFİN REKVİZİTLƏRİ

7.1 Müəllifin rekvizitləri aşağıdakı kimidir:

Müəllif:

F/Ş: OSMANOV ELNUR VAHİD OĞLU

Ünvan: Bakı ş., Atatürk pr.23/25, m.22

VOEN: 1503531772










E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.