Sual Salam. Anti-virus proqramlarının uçotu hansı hesablarda aparılmalıdır? |
|
Cavab Salam. Müəssisənin əldə etdiyi anti-virus proqram təminatına müəssisənin mülkiyyət hüququ olmadıqda və ya proqramı hazırlayan müəssisə tərəfindən müəssisəyə xüsusi mülkiyyət hüququ verilmədiyində onlara çəkilən xərclər mühasibat və vergi uçotunda gələcək dövrlərin xərcləri kimi tanınmalıdır.
Köhnə hesablar planında bu 31 saylı "Gələcək dövrlərin xərcləri" hesabıdır, yeni hesablar planında isə 191 saylı "Gələcək dövrlərin xərcləri" hesabıdır.
Müəssisə gəlir və xərclərin hesablanmasında uçot siyasətində hesablama metodundan istifadə etdiyi qeyd edilibsə, bu xərclər proqram təminatının istifadə müddətinə uyğun olaraq istifadə edilən dövr ərzində hissə-hissə "Gələcək dövrlərin xərcləri" hesabından xərclərə silinir.
Müəssisə gəlir və xərclərin hesablanmasında uçot siyasətində kassa metodundan istifadə etdiyi qeyd edilibsə, bu xərclər baş verdiyi zaman birbaşa xərclərə silinəcəkdir.
Qeyd: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.9 maddəsinə görə:
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.