e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Bina tikintisi fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən binanın altında yerləşən torpağın alışına çəkilən xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilirmi?


Cavab

Vergilər Nazirliyinin şərhində bildirilir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi üzrə çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Buna əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən torpağın alınmasına çəkilən xərclər tikilən binanın dəyərini təşkil edən xərc elementi olduğundan, həmin binadan yaşayış və qeyri-yaşayış sahələri təqdim olunarkən təqdim edilən sahələrin dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir.

2020-03-13 | Vergilər | Baxılıb: 2528 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.