e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Topdansatış fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan müəssisə 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası təqdim edilməyib. Yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim olunmuş mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim edilməlidirmi?


Cavab

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunur.

2020-ci ilin 1 yanvar tarixinədək təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir. Qanunvericiliyə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020- ci ilədək mövcud olan qaydada həyata keçirilir.

Qeyd olunanlara əsasən, 2019-cu ilin dekabr ayında elektron qaimə-faktura əsasında təqdim edilmiş mallara görə malların alıcısına elektron vergi hesab-fakturası təqdim olunmalıdır.

2020-01-31 | Vergilər | Baxılıb: 1596 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.