e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yeni bələdiyyə müəssisələri yaradılacaq

2020-03-26 | Hüquq | 4030

Azərbaycanda bələdiyyələrə dövlət dəstəyi artırılacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum bələdiyyələrin maliyyə bazasının möhkəmləndirilməsi və bələdiyyə müəssisələrinin yaradılması üçün dövlətin maliyyə dəstəyini artırmaq öhdəliyi götürüb.

Mənbə: https://report.az/senaye/yeni-belediyye-muessiseleri-yaradilacaq/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.