e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır

2019-08-29 | Vergilər | 2912

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində "idxalı və satışı" sözləri ", habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı" sözləri ilə əvəz edilib. Beləliklə, Məcəlləyə edilmiş dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad edilib.

Mənbə: https://vergiler.az/news/taxes/3818.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.