e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

AR Vergi Məcəlləsində dəyişikliklər edilib

2021-01-03 | Vergilər | 3683

AR Prezidenti AR Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Belə ki, 31.12.2020 tarixində təsdiqlənmiş AR Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən

164.1.51-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 164.1.52-ci və 164.1.53-cü maddələr əlavə edilsin:

“164.1.52. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə;

164.1.53. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə.”.

Bundan başqa, aşağıdakı dəyişikliklər edilib:

1. 150.1.9-cu maddəyə “torpaq” sözündən əvvəl “fiziki şəxslər tərəfindən” sözləri əlavə edilsin və həmin maddədən “106.1.16-cı,” sözləri çıxarılsın.

2. 218.4.5-ci maddəyə “həyata keçirən” sözlərindən sonra “fiziki” sözü əlavə edilsin. 3. 218-1.1.5.2-ci maddədən “106.1.16-cı,” sözləri çıxarılsın.

Mənbə: https://president.az/articles/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.