e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Parlament Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə düzəliş edəcək

2021-12-13 | Vergilər | 3394

Xəbər verdiyimiz kimi, 1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində dəyişikliklər nəzərdə tutan qanun layihəsi Milli Məclisdə I oxunuşdadır. Qanun layihəsi ilə bağlı parlament müzakirələrində bəzi təklif səsləndirilib, bu barədə həmkarlarımıza kifayət məlumat vermişik.

Mks.az saytıın əldə etdiyi məlumat əsasən, belə təkliflərin biri də, vergi ödəyicilərinin vergi orqanına təqdim edəciyi məlumat forması ilə bağlıdır. Qanun layihəsində nəzərdə tutulur ki,vergi ödəyicisinin vəzifəsinə idxal edəcəyi mallar haqqında vergi orqanına məlumat vermək vəzifəsi də əlavə olunsun. Bu dəyişiklik təklifi ilə bağlı vergi ödəyicilərinin narazılığı ondan ibarətdir ki, gömrük komitəsinə qısa idxal bəyannaməsi verən şəxslər təkrar olaraq niyə vergi orqanına idxalla bağlı məlumat təqdim etməlidir.

Qanun layihəsində yazılır: “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi)tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək qeydiyyatda olduğu vergi orqanına vermək vəzifəsi müəyyən edilmişdir:

- mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

- mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə.”

Sevindirici haldır ki, layihədəki dəyişikliyə parlamanetdə aşağıdakı şəkildə düzəliş olunması təklif edilir: “Vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar həmin vergi ödəyicisinin vergi orqanında uçota alınmış təsərrüfat subyektinə (obyektinə) boşaldılacağı halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir.”

Bu da o deməkdir ki, vergi ödəyicisi idxal edəcəyi malları vergi orqanında uçota alınmış təsərrüfat subyektinə (obyektinə) boşaldacağı halda qanun layihəsində təklif olunan yeni məlumat formasını vergi orqanına təqdim etməyəcək.

Bundan əlavə, Dövlət Gömrük Komitəsinin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri üzərinə də idxalla bağlı məlumatları vergi orqanına təqdim etmək vəzifəsi qoyulmayacaq.

Mənbə: http://mks.az/taxes/trainings/item/12224-parlament-vergi-m%C9%99c%C9%99ll%C9%99sin%C9%99-d%C9%99yi%C5%9Fiklikl%C9%99r-layih%C9%99sin%C9%99-d%C3%BCz%C9%99li%C5%9F-ed%C9%99c%C9%99k.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.