e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycan banklarının kartları ilə xaricdə taksiyə ödənişdən ƏDV tutulmayacaq

2017-12-01 | Vergilər | 2142

Azərbaycan banklarına məxsus plastika kartlarla ölkə xaricində taksi xidmətindən istifadə edənlər 18%-lik əlavə dəyər vergisi (ƏDV) ödəməyəcək.

"Report"un əldə etdiyi məlumata görə, bu halda kart hesabından vəsait xarici valyutada çıxdığı üçün həmin ödəniş vergiyə cəlb olunmayacaq. Yəni, yalnız ölkə daxilində, Azərbaycan manatı ilə taksi xidmətini ödəyənlər əlavə 18% xərcə düşməli olacaqlar.

Xatırladaq ki, Azərbaycanda UBER, "Taxify" və s. xarici taksi şirkətlərinə ödənişlər dekabrın 1-dən ƏDV-yə cəlb ediləcək. Bununla belə, xarici bankların kartları ilə ödəniş edənlərdən bu vergini tutmaq texniki baxımdan mümkün olmayacaq.

Mənbə: https://report.az/maliyye/azerbaycan-banklarinin-kartlari-ile-xaricde-taksiye-odenisden-edv-tutulmayacaq/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.