e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bina tikənlər vahid vergi rejimində fəaliyyət göstərəcəklər

2018-12-21 | Vergilər | 2268

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər vahid vergi rejimində fəaliyyət göstərəcəklər.

FED.az xəbər verir ki, Prezident İlham Əliyev imzaladığı Fərman ilə bu barədə Vergilər Nazirliyinə tapşırıq verib.

"Vergilər Nazirliyi 3 ay müddətində aşağıdakılarla bağlı təklifləri hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

-əlavə dəyər vergisinin inzibatçılığının, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi;

-bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi;

-əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, habelə bu cür əməliyyatların vergiyə cəlb edilməsi ilə bağlı kompleks tədbirlər",- Fərmanda deyilir.

Mənbə: http://www.fed.az/az/news/read/53582


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.