e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Smetaların tərtib edilməsi

İstənilən tikintinin büdcəsi 3 əsas hissədən ibarət olur - məsrəflər və işlərin yerinə yetirilmə tarixləri, standartların nəzərə alınması və hazır tikinti obyektinin təhvil verilməsi tarixi. Bu məlumatlar tikinti obyektinin smetasında göstərilir.

Smeta – tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlərdir. Smeta tikinti müqaviləsinə əlavə olunur və onun bir hissəsini təşkil edir. Smetada tikinti obyektinin tikintisi üçün tələb olunan pul vəsaitləri göstərilir. Tikinti obyektlərinin smeta dəyərinə adətən daxildir:

  • tikinti (təmir-tikinti) işlərinin dəyəri;
  • avadanlığın quraşdrırılması işlərinin (quraşdırma işlərinin) dəyəri;
  • avadanlığın, mebelin və ləvazimatların alınmasına (hazırlanmasına) çəkilən məsrəflər;
  • sair məsrəflər.

Tikilən müxtəlif təyinatlı müəssisə, bina və qurğuların tikintisi smeta dəyərini müəyyən etmək üçün smeta sənədləri hazırlanır. Smetaların tərtib edilməsi tikinti fəaliyyətinin fərqləndirici xüsusiyyətlərindəndir.

Smetanın tərtib edilməsi layihənin yerinə yetirilməsi üçün məsrəflərin səviyyəsinin müəyyən edilməsindən başlayır.

Praktiki olaraq, tez-tez məsrəflərin tikintinin real büdcəsi ilə müqayisə etmək tələb olunur. Bundan başqa, smetaya əvvəlcədən işçi heyətinə məsrəflər, materialların alışına tələb olunan məbləğlər qeyd edilir.

Tikinti işlərinin aparılması dövründə smetaya düzəlişlər edilə bilər. Layihənin miqyasından asılı olaraq smetaların bir neçə növü vardır. Bu smetaların tərtin edilməsi də fərqlidir. Tikinti işlərinin həcmini və məsrəflərin məbləğini əvvəlcədən müəyyən etmək mümkün olmadıqda lokal smetalar tərtib edilir. Müəyyən tikinti obyektini daha detallı əks etdirən smetalar obyekt smetaları adlanır. Smetada ümumi göstəricilər verilibsə, və detallı hesablamalar yoxdursa belə sənəd smeta hesablaması adlanır. Smetanın tərtib edilməsi üçün bəzən tikinti obyektinin olacağı yerə getməyə və ölçülər etməyə ehtiyac yoxdur. Bəzən defekt cədvəlinin və ya görüləcək işlərin siyahısının olması kifayətdir. Defekt cədvəlində görüləcək işlərin siyahısı və tikinti obyektinin əsas parametrləri göstərilir: kv.metr, kub.metr, paqonometr və s. Tikinti obyekti bina olduqda bütün parametrlər tikinti obyektinin layihə sənədlərində verilir.

Smetalar tərtib edilərkən istifadə ediləcək bütün növ tikinti materialları və tikinti işinin görüləcəyi bütün mərhələlər detallı əks etdirilməlidir.

Smeta sənədlərinə daxildir: lokal smeta, lokal smeta hesablamaları, obyekt smetası, obyekt smeta hesablamaları, ayrı-ayrı məsrəflərin smeta hesablamaları, toplu smeta hesablamaları, məsrəf hesablamaları və digər smeta sənədləri.

Lokal smetalar ilkin smeta sənədlərinə aiddir və və ayrı-ayrı işlərin və binalar və qurğular üzrə məsrəflərin "İşçi Sənədlərində" (İS) olan həcmlərinə uyğun hazırlanırlar.

İşlərin həcmi və məsrəflərin miqdarı tam müəyyən edilməyibsə və gələcəkdə "İşçı Sənədləri" (İS) əsasında dəqiqləşdiriləcəksə lokal smeta hesablamaları hazırlanır.

Lokal smetalar və smeta hesablamaları ayrı-ayrı iş və xərc növlərinin dəyərinin müəyyən edilməsi üçün əsas kimi çıxış edir. Bunun üçün xərclər barədə bütün məlumatlar tikilən obyektin ayrı-ayrı konstruktiv elementləri və iş növləri üzrə bölmələrdə qruplaşdırılır. Bunlara əsasən torpaq işləri, bünövrə və yeraltı (torpaqaltı) hissə, divarlar, karkas, arakəsmələr, döşəmə, tavan və s. aid edilir.

Lokal smeta hesablamaları (smetalar) əsasında müəyyən edilən dəyər birbaşa və əlavə məsrəfləri, həmçinin tikinti işlərinin növündən asılı olaraq ümumsahə normativləri üzrə tərtib edilən smeta mənfəətini özündə birləşdirir. Bu zaman hesablama iş növləri üzrə smeta həcmləri üzrə işlərin yerinə yetirilməsi texnologiyasına uyğun ardıcıllıqla aparılır. Lokal smetalar, onların tərtibi zamanı bir qayda olaraq bölmələrə (konstruktiv elementlərə) ayrılır.

Obyekt smetası özündə bir tikinti obyektinə aid olan bir neçə lokal smetaları birləşdirir və onun əsasında tikinti müqavilələrinin qiyməti formalaşır.

Obyekt smeta hesablamaları özündə bir tikinti obyektinə aid olan lokal smeta hesablamalarını birləşdirir və "İşçi Sənədlərin" əsasında dəqiqləşdirilir.

Obyekt smetaları ümumilikdə tikinti obyekti üzrə tərtib edilir və aşağıdakı qrafalar üzrə qruplaşdırılır: "Tikinti işləri", "Quraşdırma işləri", "Avadanlıq, mebel, inventar", "Digər xərclər". Obyekt smetasının sonunda tikinti işlərinin dəyərinə aşağıdakı limitləşdirilmiş vəsaitlərin örtülməsinə vəsaitlər əlavə olunur:

  • hesablama yolu ilə, yaxud norma üzrə müəyyən edilən müvəqqəti bina və tikililərin dəyəri;
  • qış vaxtı işlərin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclərlə bağlı olaraq işlərin dəyərinin artması;
  • əvvəldən nəzərdə tutulmayan işlərin və xərclərin örtülməsinə ehtiyatlar.

Toplu smeta hesablamaları yekun sənəd hesab edilir, hansı ki, burada bütün obyekt smetaları üzrə, həmçinin mövcud normativlərdə nəzərdə tutulmayan ayrı-ayrı xərc növlərinə smeta hesablamaları üzrə, yekunlar ayrıca sətirlə göstərilir.

  1. İnşaat materialları haqqında ümumi məlumat
  2. Konstruksiya və memarlıq layihələrinə görə material həcminin hesablanması qaydası
  3. Sənaye və mülki binalarda təmir tikinti işləri üzrə ümumi smeta xərclərinin formalaşdırılması və təhlili
  4. Təmir tikinti işləri üzrə Forma 2 - AKT-nın tərtib olunması qaydası
  5. Təmir tikinti işləri üzrə materialların inşaat normalarına uyğun silinməsi qaydası
  6. Təmir tikinti işlərində materialların Forma 2 AKT-na görə silinməsinin ümumi yığım (nakopitel) cədvəlinin tərtib olunması qaydası
  7. Təmir tikinti işlərində, beton jurnalı,qaynaq jurnalı,tikintinin aparılması jurnalları haqqında məlumat


Yazı sonuncu dəfə 2020-05-18 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.