e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

      Sual-Cavab



Gəlirdən çıxılan xərclər

İşçilərin və onların ailə üzvlərinin asudə vaxtlarını keçirməsi üçün müəssisənin balansında olan so

2018-05-14 | Vergilər | Baxılıb: 3730 dəfə

Ödəmə mənbəyində tutulan vergilər

Rezident müəssisənin ona göstərilən xidmətlərlə bağlı Andorrada təsis edilmiş şirkətə etdiyi ödənişlər ödəmə mənbəyində hansı vergilərə cəlb olunur?

2018-05-14 | Vergilər | Baxılıb: 2717 dəfə

Yaşayış sahəsinin təqdim edilməsi

Fiziki şəxs 4 il ərzində qeydiyyatda olduğu yaşayış sahəsini təqdim edən zaman hansı vergi öhdəlikləri yaranır?

2018-04-13 | Vergilər | Baxılıb: 2557 dəfə

Malların əskik gəlməsi mənfəət verigisi baxımından gəlir və ya xərc öhdəliyi yaradırmı?

İnventarizasiya nəticəsində fövqəladə və ya hər hansı bir səbəbdən malların əskik gəlməsi mənfəət vergisi baxımından yarana biləcək öhdəliklərlə bağlı aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm:

  1. Malların əskik gəlməsi mənfəət verigisi baxımından gəlir və ya xərc öhdəliyi yaradırmı?
  2. Silinən və ya ləğv edilən mallar gəlirdən cıxılacaq və ya zərər kimi qeyd ediləcək?
Nəzərə alın ki, əskik gələn mallar işçinin əmək haqqısından tutulmayacaq. Xahiş edirəm ki, ətraflı məlumat verəsiniz.

2018-03-12 | Vergilər | Baxılıb: 3131 dəfə

Xarici ölkədə keçirilən lotereyalardan uduşların vergiyə cəlb edilməsi.

Fiziki şəxs xarici ölkədə keçirilən lotereyaya qatılır. Pul məbləği udur. Bu zaman pul məbləğinin Azərbaycana köçürülməsi zamanı hansı vergiyə cəlb edilir, əlavə olaraq, əgər pul məbləği uduş mənbəyi olan ölkədə vergiyə cəlb olunubsa və həmin ölkə ilə Azərbaycan Respublikası arasında ikiqat vergitutmaya dair saziş varsa vergi tətbiq edilirmi? Əvvəlcədən təşəkkürlər.

2018-03-09 | Vergilər | Baxılıb: 2020 dəfə

Ümidsiz borcların silinməsi

Sualım ümidsiz borclara aiddir. Müəssisənin uzun illər ərzində ödənilməmiş (mühasibat balansında, mənfəət vergi bəyannaməsində hər il göstərilir) debitor borcları yığılıb qalır. Debitor borclar əsasən 2000- 2003-cü ilədək olan borclardan ibarətdir. Müəssisə həmin umidsiz borc olan debitor borclarını vergi ilində xərclərinə salaraq silmək istəyir. Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən "Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir". Müəssisə debitor borc məbləğini mühasibat kitablarında silmək istəyir. Çünki debitor borcu olan müəssisələr ya ləğv edilib, ləğv edilməyənlər də işlərinin olmaması,və s. bəhanələrlə ödəməyiblər. Borcların iddia müddəti keçdiyinə görə məhkəməyə də müraciət etmək olmur. Xahiş edirəm Vergi Məcəlləsinin Maddə 111. "Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması" maddəsi mənə misallarla izah edərdiniz. Ümidsiz debitor borcların xərcə salınaraq silinməsinin müddəti varmı?

2018-02-22 | Vergilər | Baxılıb: 3023 dəfə

Əməkhaqqından vergi

Həyatın yığım sığortası üzrə sığortalanan işçinin əməkhaqqından vergi hansı qaydada tutulur?

2018-01-31 | Vergilər | Baxılıb: 2860 dəfə

Əmlak vergisi

Müharibə əliliyəm. Mülkiyyətimdə olan yaşayış sahəsinə görə əmlak vergisi hansı qaydada hesablanır və ödənilir?

2018-01-24 | Vergilər | Baxılıb: 2362 dəfə

Məzuniyyətə görə kompensasiya məbləği

İşçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən gəlir vergisi hesablanan zaman ölkə üzrə yaşayiş minimumu nəzərə alınmalıdırmı?

2018-01-22 | Vergilər | Baxılıb: 2672 dəfə

Əsas vəsaitlərin amortizasiyası

Sizin əməkdaşlar deyir ki, mən əsas vəsaiti noyabrda alanda və istismara verəndə, mən ancaq 2 ayın məbləğini xərcə sala bilərəm. Bu tamamilə düzgün deyil. Mən illik normasını xərcə sala bilərəm. Məcəllədə bu tam aydın yazılıb (114.4. Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır). Vergi ilinin sonuna illik amortizasiya hesablanır. Camaata səhv məlumat verməyin.

Rafiq İlyasov, rafiq2972_12@hotmail.com, Bakı (13.01.2018)

2018-01-16 | Vergilər | Baxılıb: 2452 dəfə

Səhifələr: <<   <   4   5   6   7   8   9   >   >>  
Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.