e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mühasibat uçotu

Mühasibat uçotu hər bir müəssisənin ən əs vacib biznes-proseslərindən biridir, və müəssisənin uğurlu olması o müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.

Mühasibat uçotunun əsas məqsədləri:

  • effektiv sənəd dövriyyəsinin təşkili,
  • təsərrüfat əməliyyatlarının mühasibat uçotunda davamlı və əlaqəli əks olunması,
  • müəssisənin bütün bölmələrinin aktual məlumatlar ilə təmin edilməsi,
  • vergi uçotunun aparılması,
  • təsisçilərin və investorların müəssisənin maliyyə vəziyyəri barədə məlumat ilə təmin edilməsi.

Müəssisələrdə mühasibat uçotunun düzgün və effektiv təşkil edilməsi üçün mühasib mütəxəssislərinin mühasibat uçotunun normativ-hüquqi bazası üzrə, bundan başqa, hər bir təsərüfat fəaliyyəti növünün uçotunun metodikası və qaydaları üzrə dərin biliklərinin olmasını zəruridir. Burada ilk öncə Mühasibat uçotunun tənzimləyən AR Qanunları, Beynəlxalq Mühasibat Uçotu Standartları (IAS) və Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS), AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Əmək Məcəlləsi, AR Gömrük Məcəlləsi, AR İnzibati Xətalar Məcəllələri, AR Nazirlər Kabinetinin müvafiq Qərarları və s. normativ-hüquqi aktları misal gətirmək olar. Eyni zamanda, mühasib çalışdığı müəssisənin fəaliyyət sahəsinə aid istehsal prosesinin metodika və qaydalarını da yaxşı bilməlidir.

Sizə təqdim edilən bu elektron vəsaitdə məlumatların rahat mənimsənilməsi üçün bütün materiallar mühasibat uçotunun əsas bölmələri üzrə qruplaşdırılmış, hər bir materialda əsas normativ-hüquqi sənədlər, metodiki tövsiyyələr, normativ-hüquqi sənədlərdən çıxarışlar, misallar, nümunəvi müxabirləşmələr və ilkin sənədlərin formaları verilibdir.

Yazı sonuncu dəfə 2019-04-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.