e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Şirkət xaricə pul ödəyir, lakin ödəniş hackerlər tərəfindən ələ kecirilərək öz hesablarına yönləndirilir. Şirkətin bu zərəri gəlirdən çıxılan xərc hesab edilirmi?


Cavab

Bildirirk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən sorğuda göstərilən halda cəmiyyət tərəfindən xaricə pul ödənişi edilən zaman ödənişin maliyyə fırıldaqçıları tərəfindən mənimsənilməsi ilə bağlı yaranmış zərərin xərclərə aid edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: www.taxes.gov.az

2021-01-15 | Vergilər | Baxılıb: 3575 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.