e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Baş mühasib

Şirkətin adı: Rifah Group
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: Müsahibə əsasında
Son tarix : 2022-04-30
Telefon
E-poçt: hr@rifahqrup.az
Şirkət barədə məlumat
İş barədə məlumat Vergi orqanları ilə yazışmalar
Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
Gündəlik və aylıq maliyyə hesabatların tərtib edilməsi
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
E-portal proqramı ilə işləmək bacarığının olması.
Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
Beynəlxalq mühasibatlıq standartlarına uyğun butun növ hesabatların hazırlanması.
Tələblər Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi
Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
Vergi Məcəlləsini bilməli,Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış
Komandada işləmək bacarığı
Sair məlumat İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Baş mühasib” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.

Mənbə: www.offer.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.