e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Deponentə qoyulmuş əmək haqqı kitabı və reestri.

Rəsmi təsdiq edilmiş deponentə qoyulmuş əmək haqqı kitabının forması yoxdur. Bu kitab müəssisələr tərəfindən müstəqil hazırlanır.

Deponentə qoyulmuş əmək haqqı kitabında hər bir deponent üzrə ayrı sətir ayrılır. Hər bir sətirdə işçinin tabel nömrəsi, soyadı, adı, atasının adı və deponentə qoyulmuş əmək haqqı məbləği qeyd edilir.

İşçiyə əmək haqqı ödənildikdən sonra kitabda xüsusi qeyd aparılır. Deponentə qoyulmuş əmək haqqı kitabı 1 illik tərtib edilir.

Deponentə qoyulmuş əmək haqqının uçotu kitablarının saxlanma müddəti, sənədli təftişin tam başa çatması şərtilə, 3 ildir. Mübahisələr, fikir ayrılığı, istintaq və məhkəmə işləri zamanı son qərar qəbul edilənədək saxlanılır.

Deponentə qoyulmuş əmək haqqları banka təhvil verilir, və təhvil verilmiş məbləği kassa məxaric orderi yazılır.

Deponent edilmiş əmək haqqlarından gəlir vergisi dövlət büdcəsinə ödənilmir. Müəssisə vergini işçi əmək haqqını aldığı günü köçürməlidir. Belə ki, AR VM,

İşçi işə çıxdıqdan sonra deponent edilmiş əmək haqqı hesablaşma hesabından çıxarılır və kassa məxaric orderi əsasında işçiyə ödənilir.

Həmin kassa məxaric orderinin nömrəsi və tarixi "Deponentə qoyulmuş əmək haqqı kitabı"-nda qeyd edilir.

İşçi vəfat edərsə əmək haqqı vəfat edənin vərəsələrinə ödənilir.

Deponentə qoyulmuş əmək haqqı kitabını yükləmək.

Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.