İşçinin işdən kənar edilməsiİşçinin işdən kənar edilməsinin məqsədi mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etməkdir. Bu işəgötürənin təşəbbüsü ilə həyata keçirilir və intizam tənbehi sayılmır. İşəgötürən aşağıdakı hallarda işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:
İşdən kənar edimənin konkret dövrü qanunvericilikdə müəyyən edimləyib və qanunvericilik ilə müəyyən edilən səbəblər aradan qaldırıldıqda işçi yenidən işə başlaya bilər. İşçi işdən kənar eidldikdə əmək müqaviləsinə heç bir dəyişikliklər və ya xitam verilmir. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. Boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İşçinin işdən kənar edilməsi müəssisə rəhərinin əmri ilə sənədləşdirilir. Əmr aşağıdakı kimi hazırlana bilər:
İşçinin işdən kənar edilməsi əmrini yükləmək. Müəssisə rəhbərinin əmri vacib sənəddir, lakin aşğıdakı sənədlər də tələb oluna bilər:
İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər:
İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-07-25 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.