e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib

2019-07-13 | İqtisadiyyat | 4169

Çəkisi 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələri üçün idxal gömrük rüsumu müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. İndiyə qədər çəkisi 3.500 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınıb. Dəyişikliyə əsasən, bundan sonra 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinə gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq ediləcək.

qoşqu — mexaniki nəqliyyat vasitəsilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsi;

yarımqoşqu — yük avtomobilinə birləşdirilmək üçün nəzərdə tutulmuş, bir hissəsi həmin avtomobilə söykənərək özünün və yükün kütləsinin müəyyən hissəsini ona ötürən hər hansı qoşqu;

Mənbə: https://vergiler.az/news/economy/2951.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.