Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək2023-04-01 | Hüquq | 3540Əqd müvafiq tələblərə əməl etməklə elektron informasiya sistemlərinin köməyi ilə bağlanırsa, bu halda yazılı əqd hesab olunacaq. FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Mülki Məcəlləyə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, əqd müvafiq tələblərə əməl etməklə elektron informasiya sistemlərinin köməyi ilə bağlanırsa, bu halda yazılı əqd hesab olunacaq. Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur. Əqd, o cümlədən müqavilə ilə bağlı bir sıra tələblərin, habelə öhdəliyin icrası ilə bağlı bir sıra müddəaların yalnız müqavilə ilə deyil, eyni zamanda Məcəllə, qanun və digər normativ hüququ aktlarla tənzimlənməsi zərurətini nəzərə alaraq, bu barədə müvafiq maddələrə düzəlişlər təklif olunur. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.