e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nazirlər Kabineti dövri və yekun hesabat formalarını təsdiq edib

2019-08-26 | İqtisadiyyat | 2396

"Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması" və "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması" Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Qərara əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrə tapşırılıb ki, Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda təsdiq edilmiş formaya uyğun olaraq, müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.

Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda təsdiq edilmiş formaya uyğun olaraq, layihə bitdikdən sonra 20 gün müddətində İqtisadiyyat Nazirliyinə göndərməli və sonrakı 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Nazirlər Kabinetinə təqdim etməlidirlər.

İqtisadiyyat Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən təsdiq edilmiş formaya uyğun olaraq, təqdim edilmiş məlumatları ümumiləşdirib illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilib.

Mənbə: https://vergiler.az/news/economy/3746.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.