e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Satınalmalarla bağlı yeni vergi tələbi

2019-08-28 | Vergilər | 281

Vergi Məcəlləsinin tələblərini pozan vergi ödəyiciləri dövlət satınalmalarından kənarda qalacaq. Prezident İlham Əliyevin "Dövlət satınalmaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunun tətbiqi ilə bağlı sərəncamında belə deyilir.

Sənədə əsasən, "Dövlət satınalmaları haqqında" Qanunun 6.2.5-ci maddəsinə "öhdəliklərinin" sözündən sonra ", habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud" sözləri əlavə edilib.

Qeyd edək ki, adıçəkilən Qanunun 6-cı maddəsi malgöndərənin ixtisasına görə tələbləri nəzərdə tutur. Qanunun 6.2.5-ci maddəsinin tələbinə görə, dövlət satınalmalarında iştirak etmək istəyən şəxslərin seçilməsi üçün onların Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması əsas meyarlardan biridir.

Mənbə: https://vergiler.az/news/taxes/3782.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.