e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda MMC-lərin nizamnamə kapitalının artırılması mexanizmi təkmilləşdiriləcək

2026-04-07 | Hüquq | 65

Azərbaycanda MMC-lərin nizamnamə kapitalının artırılması mexanizminin təkmilləşdirilməsi, bu məqsədlə qanunvericiliyə dəyişiklik edilməsi planlaşdırılır.

"Report"un əldə etdiyi məlumata görə, dəyişikliyin məqsədi MMC-lərin yeni təsisçilərinin hesabına kapital artımı zamanı yarana biləcək sui-istifadə hallarının qarşısını almaqdır.

Bu çərçivədə müvafiq hüquqi boşluqların aradan qaldırılması, prosesin daha şəffaf və tənzimlənən şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Bu ilin sonuna qədər hazırlanacaq müvafiq qanun layihəsi aidiyyəti qurumlara təqdim ediləcək və qəbul olunacağı təqdirdə MMC-lərdə kapital artımı prosedurlarının daha effektiv idarə olunmasına şərait yaradacaq.

Mənbə: https://report.az/biznes-xeberleri/azerbaycanda-mmc-lerin-nizamname-kapitalinin-artirilmasi-mexanizmi-tekmillesdirilecek


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.