e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Güzəştlərdən yararlananlar üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi

2019-08-28 | Vergilər | 3382

Vergi Məcəlləsinə əsasən, qeyri-neft sektorunda ödənilən əməkhaqqı məbləği 8.000 manatdan az olan işçilər gəlir vergisindən azad edilib. Həmin şəxslər, əsasən, mənfəət vergisi ödəyicisi olan müəssisələrdə çalışırlar. İşçilərə verilən güzəşti əsas gətirən bu müəssisələr ödəmə mənbəyində vergi tutmadıqları üçün Vergi Məcəlləsinin 150.3.3.3-cu maddəsinə görə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilib-edilməməsini dəqiqləşdirmək istəyirlər.

Məsələyə aydınlıq gətirən Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. Məqsəd ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək haqlarının leqallaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin şəffaf uçotuna nail olmaqdır.

Qeyd edilənlərə əsasən, muzdlu işçisi olan hər bir vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və qaydada vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir. Əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilərkən "Vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupu" adlı sətrində və "Verginin hesablanması" adlanan bölmələrdə "Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə" işarələnməlidir.

Qeyd edək ki, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin tərtib edilməsi qaydası ilə Vergilər Nazirliyinin rəsmi səhifəsində "Bəyannamə" bölməsində tanış olmaq mümkündür. Aşağıdakı linkdən istifadə edə bilərsiz:

http://www.taxes.gov.az/

Mənbə: https://vergiler.az/news/taxes/3783.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.