e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ödəmələr haqqında məlumat vermək öhdəliyi

2019-11-15 | Vergilər | 2647

Vergi ödəyicilərinə maraqlı olan məsələlərdən biri də Vergi Məcəlləsinin 73-cü maddəsinin tələbləridir. Bu maddə ilə bağlı ortaya çıxan sualları sərbəst auditor Altay Cəfərov cavablandırır.

Vergi Məcəlləsinin 73-cü maddəsi ödəmələr haqqında məlumatın verilməsi məsələsini aydınlaşdırır. Görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Ödəmələr haqqında məlumatların verilməməsinə görə hansı maliyyə sanksiyaları tətbiq edilir? Məlumatlar vergi orqanlarına necə təqdim edilməlidir? Ödəmələr dedikdə nə başa düşülür, hansı ödəmələr bura aid olunur?

Bura işlərə, xidmətlərə və həm də mallara görə ödənişlər aiddir. Bundan əlavə, bütün digər ödəmələr haqqında da məlumat vergi orqanlarına təqdim olunur.

Növbəti sual meydana çıxır ki, ödəmələr haqqında məlumatı kimlər verməlidir?

73-cü maddəyə əsasən, həm vergi ödəyiciləri, həm də vergi ödəyicisi kimi uçotda olmayan istənilən fiziki şəxs məlumatları verməlidir. Fiziki şəxlərin məlumatlandırılması ilə bağlı birbaşa qaydalar yoxdur.

Bəs vergi ödəyiciləri məlumatlandırmanı necə aparmalıdır?

Vergi ödəyiciləri məlumatlandırmanı, ilk növbədə, hesabatların, bəyannamələrin və arayışların təqdim edilməsi ilə aparırlar. Məsələn, ƏDV məqsədləri üçün mallara, işlərə və xidmətlərə görə ödəmələr aparılmışsa, ƏDV bəyannaməsinin təqdim edilməsi məlumatların təqdim edilməsi sayılır. Mənfəət vergisi məqsədləri üçün mənfəət vergisi, sadələşdirilmiş vergi və s. üzrə bəyannamələr verilməklə, vergi ödəyicilərinin könüllü və məcburi formada məlumatları təqdim edilmiş sayılır.

Bir çox hallarda isə əhalidən aldığı mallara görə birbaşa məlumatların təqdim edilməsi öhdəliyi vardır, amma prosedurlar hələlik yoxdur. Bütün hallarda məlumatlar icmal formada verilməlidir. Yəni belə vergi ödəyiciləri malların alış aktları ilə aldıqları və ödədikləri məbləğlər haqqında vergi orqanlarına açıqlamalar verməlidir. Bundan əlavə, vergi orqanları özləri də bunları vergi ödəyicisinin verdiyi illik gəlir və ya mənfəət vergisi bəyannaməsi üzrə müəyyənləşdirdiyi uyğunsuzluğu vergi ödəyicisinə gördərməklə həll etmiş olur. Yəni uyğunsuzluqlar haqqında bildiriş vergi ödəyicisinə göndərilir və vergi ödəyicisi məcburi formada məlumatları və sənədləri vergi orqanına göndərir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5533.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.