e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Elektron qaimə-fakturalarla bağlı yenilik

2020-01-24 | Vergilər | 488

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixdən elektron qaimə-fakturalı əməliyyatın xarakterindən asılı olaraq elektron qaimə-faktura təqdim etməlidir.

Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən, Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq doqquz növdə elektron qaimə-faktura verilir:

  • malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
  • malların qaytarılması barədə;
  • malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;
  • malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
  • agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
  • agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;
  • malların emala verilməsi barədə;
  • emal prosesi keçmiş malların qaytarılması barədə;
  • Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən.

Vergilər Nazirliyi artıq elektron qaimə-faktura ilə bağlı proqram təminatında səkkiz növdə elektron qaimə-faktura hazırlayıb. Belə ki, agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-faktura proqram təminatında aktiv deyil.

Vergi ödəyiciləri bu gündən etibarən qarşı tərəf olan vergi ödəyicilərinə elektron qaimə-fakturanı çeşidlərinə uyğun təqdim etməyə borcludur.

e-Qaimə (bütün vergi ödəyiciləri üçün) istifadəçi təlimatına keçid

Mənbə: https://vergiler.az/news/taxes/6788.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.