e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

POS-terminalla ödəniş qəbul edən sahibkarlara vergi güzəşti

2020-01-27 | Vergilər | 371

Vergi Məcəlləsinin 218-1.2-ci maddəsinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Vergilər Nazirliyinin şərhinə əsasən, bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinin 219.9-cu maddəsi ləğv edilmiş, eyni zamanda sadələşdirilmiş vergi üzrə Vergi Məcəlləsinə 218-1-ci azadolmalar və güzəştlər maddəsi əlavə olunmuşdur. Yuxarıda qeyd olunan azadolma Vergi Məcəlləsinin 218-1.2-ci maddəsində əks olunub.

Güzəştdən istifadə etmək üçün sahibkarlar hesablamanı aşağıdakı misalda qeyd olunan formada aparmalıdır.

Misal: Ümumi dövriyyə = 1.000 manat (o cümlədən 400 manat nağd, 600 manat nağdsız)

Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 20 manat (1000x2%) təşkil edir.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği -17 manat.

Güzəştin hesablanması qaydası:

600 / 1000 =0,6 (xüsusi çəki)

0,6x25%=0,15 x 20=3 manat.

20-3 = 17 manat.

Mənbə: https://vergiler.az/news/taxes/6825.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.