e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İqtisadiyyat naziri: Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək

2020-03-26 | Kadr işi | 2145

İş yerlərinin və məşğulluğun qorunması dövlətin diqqət mərkəzindədir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib.

Nazir, həmçinin işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini deyib.

M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb. O, vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

Mənbə: https://report.az/biznes/i-qtisadiyyat-naziri-hokumet-ixtisara-yol-veren-sahibkarlara-qarsi-c/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.