e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Fiziki şəxslərin gəlir vergisindən azad olunma hissəsi artırılıb

2015-10-16 | Vergilər | 2559

Dəyişiklik büdcə təşkilatlarında çalışan 500 min insanı və digər sahələrdə çalışanları əhatə edəcək"

Fiziki şəxslərin gəlir vergisindən azad olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi təklif edilir.

"APA-Economics"in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı vergilər naziri Fazil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, fiziki şəxsin muzdlu işlə əlaqədar olan aylıq gəliri 2500 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 mislinin, illik gəliri 30 000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsinin gəlir vergisindən azad olunması təklif edilir.

Qeyd edək ki, hazırda fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar olan aylıq gəliri 250 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 mislinin, illik gəliri 3000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsinin gəlir vergisindən azaddır.

F. Məmmədov bildirib ki, qeyd olunan dəyişiklik büdcə təşkilatlarında çalışan 500 min insanı və digər sahələrdə çalışanları əhatə edəcək:

Mənbə: http://az.apa.az/news/401164


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.