e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda yaxın 8 ildə orta aylıq əmək haqqı 80% artacaq.

2012-12-03 | İqtisadiyyat | 2484

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 684 manat və ya bu günə nisbətən 1,8 dəfə artıq olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxışında bildirib. Dövlət Sosial Müdafiə Fondunda aparılan aktuar hesablamalara əsasən, 2020-ci ilədək Azərbaycanda istehlak qiymətlərinin indeksi, yəni orta inflyasiya ildə 4% olacaq. Muzdla işləyənlərin orta illik sayı 2 mln. nəfər və ya iqtisadi aktiv əhalinin 42%-i qədər, (hazırda 31,7%-dir), sərbəst məşğul əhalinin orta illik sayı 2,8 mln. nəfər, bir işçiyə hesablanan orta aylıq əmək haqqı isə 684 manat təşkil edəcək. Qeyd edək ki, 2012-ci il noyabrın 1-ə olan məlumata görə, ölkə üzrə orta aylıq əmək haqqı 388,2 manatdır.

Mənbə: www.apa.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.