e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycan xarici maliyyələşdirmə hesabına idxal edilən malların gömrük rüsumundan azadolmalarını ləğv edib

2013-11-20 | Vergilər | 2272

Azərbaycan xarici maliyyələşdirmə hesabına idxal edilən malların gömrük rüsumundan azadolmalarını ləğv edib. Bu azadolmalar 1998-ci il 22 apreldən qüvvədə idi və 2013-cü il dekabrın 19-da bu müddət başa çatacaq.

Nazirlər Kabineti "İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qüvvədə olan qərara dəyişikliklər edib. Həmin qərara görə, idxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısından kreditlərin və xarici fiziki və hüquqi şəxslərin borclarının, xarici dövlətlərin hökumətləri, beynəlxalq təşkilatlar, həmçinin xarici maliyyələşdirmənin iştirakı, eləcə də Azərbaycanın payı hesabına həyata keçirilən layihələrdə ölkəyə gətiriləcək mallar çıxarılırlar. Trend-in məlumatına görə, bu barədə NK-nın çərşənbə axşamı rəsmi mətbuatda dərc edilmiş məlumatında deyilir.

Qərara əsasən, dəyişikliklər pulsuz maliyyə yardımı, qrantlar və texniki yardım hesabına ölkəyə idxal edilən mallara aid deyil.

Hökumətin bu qərarı dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir.

Mənbə: www.trend.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.