e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ülvi Mehdiyev: “ASAN Finans” vətəndaşlara maliyyə xidmətləri göstərəcək

2019-02-19 | Mühasibat uçotu | 3359

Ötən ilin sonlarında yaradılmış “ASAN finans" sistemi “Elektron hökumət”in alt sistemidir. Bu sistemin əsas məqsədi kredit və sığorta təşkilatlarına dəstək olmaqdır".

"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsallıqla Reallığa” adlı tədbirdə "ASAN Xidmət"in sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, “ASAN finans" ölkə vətəndaşlarına onlayn rejimdə maliyyə xidmətləri göstərəcək.

“Elektron hökumət” bizim ən uğurlu layihələrimizdən biridir. Çünki bu, vətəndaşa dövləti ilə fiziki olmadan təmas yaratmaq imkanı verir", - Ü.Mehdiyev əlavə edib.

Mənbə: https://report.az/maliyye/ulvi-mehdiyev-asan-finans-vetendaslara-maliyye-xidmetleri-gosterecek/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.