e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

221 Kassa

221 N-li "Kassa" hesabı müəssisənin kassasındakı pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Kassa əməliyyatlarının aparılma və rəsmiyyətə salınma qaydaları müvafiq normativ sənədlərlə nizamlanır.

221 N-li "Kassa" hesabının debetində müəssisənin kassasına pul vəsaitlərinin daxil olması, kreditində isə onların kassadan ödənilməsi (verilməsi) əks etdirilir.

Qanunvericilikdə icazə verilən hallarda müəssisə xarici valyuta ilə kassa əməliyyatları apararsa, onda nağd xarici valyutanın hərəkətini ayrıca uçota almaq üçün 221 N-li "Kassa" hesabının tərkibində müvafiq subhesablar açılır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Müştəri borcunu nəğd şəkildə müəsisənin kassasına ödəyir 221 "Kassa" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 1 000
2 Təhtəlhesab şəxsə pul verilib 244 "Təhtəlhesab məbləğlər" 221 "Kassa" 850
3 Bankdan kassaya pul daxil olub 221 "Kassa" 223 "Bank hesablaşma hesabları" 3 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.