Natamam iş vaxtıAR Əmək Məcəlləsində nəzərdə tutulmuş iş vaxtının növlərindən biri də işçinin onun üçün müəyyən edilmiş normanı işləmədiyi vaxt natamam iş vaxtının tətbiqidir. Bəzi hallarda natamam iş vaxtının təşəbbüskarı işçi, bəzi hallarda isə işəgötürən ola bilər. Natamam işvaxtının sənədləşdirilməsi proseduru natamam iş vaxtı tətbiqinin təşəbbüskarının kim olmasından asılıdır. Bildiyimiz kimi, normal iş vaxtının müddəti həftədə 40 saatdan çox ola bilməz. Bəzi işçilər üçün isə qısaldılmış iş vaxtı tətbiq olunur. Natamam iş vaxtı Əmək Məcəlləsində müəyyən edilmiş iş vaxtı rejimlərindən biridir. Natamam iş vaxtı terminin açıqlaması Əmək Məcələsində verilməyibdir. Lakin, AR Əmək Məcəlləsinin 94.1-ci maddəsində qeyd edilibdir ki əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtı terminin adından da göründüyü kimi bu rejimdə iş vaxtı müddəti normada nəzərdə tutumuş vaxtdan azdır. Yanl ki ya həftədə 40 saatdan, ya da ki gündəlik 8 saatdan azdır. Qısaldılmış iş günü işləyən işçilər üçün isə onlar üçün nəzərd tutulmuş vaxt normasından azdır. Natamam iş vaxtı aşağıdakı kimi sənədləşdirilə bilər:
Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, Natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı əmək funksiyasının icrasına sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin AR Əmək Məcəlləsi və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-05-24 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.