Sadələşdirilmiş vergi: İdman mərc oyunlarıTəriflər İdman oyunları ilə əlaqədar aparılan mərc oyunları — idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar; İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru — idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanunu. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanunu. Maddə 53-1. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı — idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən şəxs; Vergi ödəyiciləri İdman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər. Vergitutma obyekti İdman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. Vergi dərəcəsi İdman mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Misal
İdman mərc oyunlarını həyata keçirən operator oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitininin (gəlirinin) məbləği 200 000 manat olmuşdur. Bu zaman ödəniləcək verginin məbləği:
İdman mərc oyunları satıcısı kimi həmin oyunların operatorları tərəfindən verilən komisyon haqqının məbləği 15 000 min manat olmuşdur. Bu zaman ödəniləcək verginin məbləği:
İdman mərc oyunlarının operatoru və satıcıları hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər. Sadələşdirilmiş vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına faktiki fəaliyyət göstərilən dövrü əhatə edən bəyannamə təqdim edilməlidir. Onu da qeyd edək ki, AR Vergi Məcəlləsinin 101.5 maddəsinə əsasən: İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan)iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 13.2.43, 13.2.44, 13.2.45, 218.4.2, 219.4, 220.9 Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2023
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.