e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

176 Faizlər üzrə uzunmüddətli debitor borcları

176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" hesabı faizlər üzrə uzunmüddətli debitor borcların (12 aydan çox) movcudluğunu və hərəkətini uçota almaq üçün nəzərdə tutulub. Uzunmüddətli borclar dedikdə, bura başqa hüquqi və fiziki şəxslərə verilən uzunmüddətli borclar, alınan uzunmüddətli dövlət istiqrazları və s. nəzərdə tutulur.

Misal. Müəssisə 1000 manat dəyəri 5 il müddəti və 5% illik gəliri olan 100 ədəd istiqraz alıb. İldə bir dəfə istiqraz sahiblərinə faizlər ödənilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 5 illik istiqrazların əldə edilməsi. 181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" 223 "Bank hesablaşma hesabları" 100 000
2 İstiqrazlar üzrə faiz gəlirlərinin uçota alınması 176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" 442 "Gələcək hesabat dövrlərin gəlirləri" 25 000
3 1-ci ilin hesablanmış faizi qısamüddətli debitor borclara aid edilir 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" 5 000
4 1-ci ilin faiz gəlirləri uzunmüddətli gəlirdən qısamüddətli gəlirə aid edilir. 442 "Gələcək hesabat dövrlərin gəlirləri" 542 "Gələcək hesabat dövrlərin gəlirləri" 5 000
5 Fazilərin ödənilməsi - 1-ci il 223 "Bank hesablaşma hesabları" 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 5 000
6 1-ci il faizlərindən olan gəlirin tanınması 542 "Gələcək hesabat dövrlərin gəlirləri" 631-1 "Faiz gəliri" 5 000

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

176 Faizlər üzrə uzunmüddətli debitor borcları


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.