e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

302 Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi

302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabında təsisçilər tərəfindən ödənilən nizamnamə kapitalı əks etdirilir.

Təsisçilər tərəfindən ödənilən paylar və ya səhmlər ödənilmiş nizamnamə kapitalı hesab edilir, qalan hissəsi isə nizamnamə kapitalın ödənilməmiş hissəsidir.

Müəssisə dövlət qeydiyyatından keçdikdən sonra onun nizamnamə kapitalı təsisedici sənədlərdə nəzərdə tutulan təsisçilərin(iştirakçıların) qoyduğu məbləğdə (səhmlərə aparılan yazılış məbləğində) 301 "Nominal (nizamnamə) kapital" hesabının kreditində və 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının debetində əks etdirilir. Təsisçilərin pay qoyuluşlarının müəssisəyə faktiki daxil olması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının kreditində və aktivlərin debetində qeyd edilir.

Misal.

Müəssisə 150 000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 100 000 manat pul formasında və 50 000 manat əmlak formasında olub.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Nizamnamə kapitalının formalaşması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 301 "Nominal (nizamnamə) kapital" 150 000
2 Nizamnamə kapitalında qeyd edilən məbləğin təsisçilər tərəfindən müəssisənin bank hesabına daxil olması 223 "Bank hesablaşma hesabları" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 100 000
3 Nizamnamə kapitalında qeyd edilən əmlakın daxil olması. 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 50 000

Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.

302 Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.