332 Məzənnə fərgləri üzrə ehtiyatHesablar planının 332-ci hesabında məzənnə fərgləri üzrə ehtiyat barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır. Bu hesab qrup şirkətlərin konsolidə edilmiş hesabatlarının hazırlanması zamanı istifadə edilir. Beləki, qrupun konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayarkan qrupa aid xarici törəmə şirkətlərin maliyyə hesabatlarını qrupun maliyyə hesabatlarının valyutasına yenidən hesablamaq lazım olur. Yaranan məzənnə fərqləri kapitalın ayrı komponenti kimi göstərilməlidir, törəmə müəssisənin xaric olması zamanı isə mənfəət və zərər kimi tanınmalıdır.
Misal.
Müəssisə Türkiyə Cumhuriyyətində alqı-satqı əmliyyatı nəticəsində 03.09.2018 tarixində qiyməti 1 000 000 TL olan otel almışdır. 31.12.2018 tarixinə Türkiyə Cümhuriyyətində alınan otel 1 500 000 TL dəyərində yenidənqiymətləndirilmişdir. Həmin tarixlərdə valyuta məzənnəsi aşağıdakı kimi olmuşdur: 03.09.2018 - 1 TL = 0.2590 manat 31.12.2018 - 1 TL = 0.3212 manat Beləliklə, müəssisənin yenidənqimyətləndirmə və məzənnənin dəyişməsi nəəticəsində aşağıdakı kimi gəlirləri (zərərləri) yaranmışdır 1. Yenidənqiymətləndirmə nəticəsində yaranan gəlir: (1 500 000 - 1 000 000) * 0.2590 = 129 500 manat 2. Məzənnə fərqindən yaranan gəlir: (1 500 000 * 0.3212) - (1 500 000 * 0.2590) = 481 800 - 388 500 = 93 300 manat Əməliyyatlar üzrə müxabirləşmələr aşağıdakı kimi olacaqdır:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-01-22 tarixində yenilənib. 332 Məzənnə fərgləri üzrə ehtiyat |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.