e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

603 Verilmiş güzəştlər

603 "Verilmiş güzəştlər" hesabı müştərilərə satılan mallara(iş və xidmətlərə) görə verilən güzəştləri əks etdirmək üçün nəzərdə tutulub.

Əgər müəssisə müştərilərinə və ya malalanlara təqdim olunmuş mallara (xidmətlərə) görə güzəştlər tətbiq edərsə, satışın tam məbləği "Satış" adlı 601 nömrəli hesabın kreditinə və debitor borclar hesabının debetinə, təqdim olunan güzəşt məbləği isə "Verilmiş güzəştlər" adlı 603 nömrəli hesabın debetinə və debitor borclar hesabının kreditinə yazılır.

Hesabat dövrünün sonunda əsas əməliyyat gəlirinin müəyyən edilməsi üçün 603 "Verilmiş güzəştlər" hesabında toplanan məbləğlər 801 "Ümumi mənfəət (zərər)" hesabına silinir.

Misal.

Müəssisə parfumeriya mallarının satışı ilə məşğuldur, və ay ərzində müştərilərinə 35 400 manat (ƏDV daxil) dəyərinə mallar satıb. Keçirilən kompaniyaya görə hər 1000 manatlıq məhsul alana 5% güzəşt verilir. Ay ərzində kompaniya çərçivəsində müştərilərə 1500 manatlıq güzəşt təqdim edilib.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Ay ərzində parfumeriya mallarının satışı (ƏDV daxil) 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 35 400
2 Satılan parfumeriya mallarının ƏDV-si hesablanır 601 "Satış" 521.3 "Vergi öhdəlikləri - ƏDV" 5 400
3 Ay ərzində təqdim edilən güzəştlər 603 "Verilmiş güzəştlər" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 1 500
4 Ay ərzində təqdim edilən güzəştlər - ƏDV 521.3 "Vergi öhdəlikləri - ƏDV" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 270
5 Hesabat dövrünün sonunda güzəştlərin silinməsi 801 "Ümumi mənfəət (zərər)" 603 "Verilmiş güzəştlər" 1 500

Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

603 Verilmiş güzəştlər


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.