e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

533 Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar

Hesabat tarixinə hesablanmış, lakin hələ ödənilməmiş əmək haqqı məbləğləri "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" adlı 533 nömrəli hesabda göstərilir.

533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının kreditində və xərclər və başqa hesabların debetində işçilərə hesablanmış əmək haqqları, mükafatlar, müavinət, təqaüd və s.məbləğlər əks olunur.

533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının debetində ödənilmiş əmək haqqı, mükafat, müavinət, təqaüd və s. məbləğlər, habelə hesablanmış vegilər, icra sənədləri üzrə ödəmələr və başqa tutulmuş məbləğlər əks olunur.

Misal. Müəssisə cari ayda işçilərinə 15 000 manat əmək haqqı hesablayıb və hesablanmış əmək haqqlarından 3475 manat fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən vergi və 450 manat dövlət sosial sığorta fonduna tutub. Gələn ayın əvvəlində tutulmalar çıxılandan sonra əmək haqqları ödənilib

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əmək haqqının hesalanması 701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 15 000
2 Fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən verginin hesablanması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" 3 475
3 İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 450
4 Əmək haqqının ödənilməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 223 "Bank hesablaşma hesabları" 11 075

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

533 Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.