e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sənədlər

Sənəd (latınca, documentum — nümunə, şəhadətnamə, sübut) - qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcıdır. Başqa sözlə, sənəd - hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır.

Müəssisənin mühasibat uçotunda əks olunan hər-bir təsərrüfat əməliyyatı sənədlər ilə təsdiqlənməlidir. Bu o deməkdir ki, müəssisənin fəaliyyəti daim sənəd dövriyyəsinin aparılması ilə bağlıdır. Müəssisələrdə böyük həcmdə sənəd axını sistemləşdirilməsə, təbii ki, xaos yarana bilər. Sənədlər ilə işi sitemləşdirmək üçün müəssisədə sənədlərin hazırlanmasının, işlənilməsinin və saxlanmasının, sənədlərin növlərindən asılı olaraq müxtəlif metodlardan istifadə edilə bilər.

İstənilən müəssisədə müxtəlif növ sənədlərin hazırlanması tələb olunur. Bu sənədləri əsasən aşağıdakı qruplara bölmək olar:

  1. Təkilati sənədlər - müəssisənin nizamnaməsi, müəssisənin strukturu və ştat sayı, ştat cədvəli, vəzifə təlimatları, müəssisədaxili intizam qaydaları, struktur bölmənin əsasmanəsi və s.
  2. Sərəncamverici sənədlər - əmrlər, sərəncamlar, qərarlar və s.
  3. Kadr uçotu sənədləri - kadr uçotu əmrləri, əmək müqavilələri, şəxsi vərəqələr, əmək kitabçaları, iş vaxtı tabelləri, ştat cədvəli, hesablam-ödəmə cədvəlləri, şəxsi hesablar və s.
  4. Maliyyə-mühasibat sənədləri - baş kitab, maliyyə hesabatları(balans, mənffət və zərər, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti və s.), yoxlama və inventarizasiya aktları, mühasibat uçotu registrləri, hesabatlar, smetalar, jurnallar, kassa sənədləri və s.
  5. Məlumat-arayış sənədləri - aktlar, məktublar, fakslar, protokollar, xidməti məktublar, arayışlar və s.
  6. Dövlət qurumlarının normativ sənədləri - müəssisənin müxtəlif sahələrini tənzimləyən dövlət qurumları və bələdiyyələrdən daxil olan sənədlər (vergilər, dsmf, statistika və s.)
  7. Müqavilələr

Yuxarıda qeyd edilən sənəd qruplarının hamısı, maliyyə-mühasibat sənədlərindən başqa, təşkilati-sərəncamverici sənədlərə aiddir.

Yazı sonuncu dəfə 2019-01-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.