e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İş vaxtının uçotunun sənədləşdirilməsi

İşçilərin iş vaxtının müddətini nəzarət altında saxlamaq üçün işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

İş vaxtının uçotu sənədləri müxtəlif məqsədlər üçün istifadə edilir: işçilərin iş rejiminə və faktiki işlənmiş iş saatlarına nəzarət etmək, əmək haqqlarının hesablamaq, vergi uçotunda xərclərin uçotu aparmaq və onları əsaslandırmaq üçün.

Vaxtamuzd əmək haqqı formasında iş vaxtının uçotunu tabellərə əsasən (T-12 və T-13 N-li formalar) tabelçi aparır.

İş vaxtı tabelində üzürlü və üzürsüz səbəblərdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları, iş vaxtından artıq işləmə, məzuniyyət, ezamiyyətlərin uçotu aparılır. İş vaxtının uçotu tabeli işçilərə əmək haqqının hesablanmasına əsas verir.

Aylıq əmək haqqını müəyyən etmək üçün müəyyən olunmuş tarif norması işlənən (saatlar nəzərə alınmaqla) günlərin sayına vurulmalıdır.

İş vaxtı tabelinin saxlama müddəti aşağıdakı kimidir:

  • İstehsal proseslərinin və iş vaxtının hesablanması cədvəlləri (növbəlilik, fasiləsiz istehsal və başqaları) (Qeyd: Yenisi ilə əvəz edildikdən sonra)
  • Fəhlə və qulluqçuların iş vaxtının uçot cədvəlləri (tabellər) - 5 il;
  • İşə davamiyyətin uçot jurnalları - 1 il;

Tabeldə faktiki olaraq müəssisənin ştatında olan hər bir işçi üzrə işlənmiş günlər və saatlar, xəstəlik və məzuniyyət günləri, işə gəlməmə səbəbləri qeyd edilir.

Sənədi məsul şəxs (misal üçün, şöbə rəhbəri) bir nüsxədə hazırlayır və mühasibatlığa təhvil verir.

Yazı sonuncu dəfə 2018-09-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.