e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Akkreditivin bağlanması

İcraçı bankda akkreditiv aşağıdakı hallarda bağlanır:

  • akkreditivin müddəti qurtardıqda;
  • akkreditivin qüvvədə olma müddəti qurtaranadək onun istifadəsindən imtina etmək haqqında vəsait alanın ərizəsi üzrə, bir şərtlə ki, bu cür imtinanın mümkünlüyü akkreditivin şərtləri ilə nəzərdə tutulsun;
  • akkreditivin tam və ya qismən geri çağırılması haqqında ödəyicinin tələbi ilə, bir şərtlə ki, akkreditivin şərtlərinə görə belə geriçağırma mümkün olsun.

Akkreditivin bağlanması haqqında icraçı bank emitent banka məlumat verməlidir.

Ödənilmiş akkreditivin istifadə olunmamış məbləği akkreditivin bağlanması ilə eyni vaxtda dərhal emitent banka qaytarılmalıdır. Emitent bank qaytarılmış məbləğləri ödəyicinin vəsaitin deponentləşdirildiyi hesabına daxil etməlidir.

Vəsait alanın akkreditivdən imtina etmək ilə bağlı olan ərizəsi, bir nüsxədə sərbəst formada tərtib edilir.

Ərizə aşağıdakı kimi tərtib edilə bilər:

Xalq Bank ASC-nin

İdarı heyyətinin Sədri Səlimov D.F.

Müəssisə MMC-nin rəhbəri Məmmədov V.R. tərəfindən

ƏRIZƏ

Müəssisə MMC 05.04.2019 tarixində Xalq Bank ASC-də açılmış akkreditivdən gələcəkdə istifadə etməsindən imtina edir.

Müəssisə MMC-nin Rəhbəri ___________

Müəssisə MMC-nin Baş mühasibi ___________

Tarix: 15.04.2019

MY

Akkreditivin tam və ya qismən geri çağırılması haqqında ödəyicinin tələbi sərbəst formada 3 nüsxədə tərtib edilir.

  • birinci nüsxə alıcının bankında qalır;
  • ikinci və üçüncü nüsxələri alıcının bankı satıcının bankına göndərir.

Ərizə aşağıdakı kimi tərtib edilə bilər:

Xalq Bank ASC-nin

İdarı heyyətinin Sədri Səlimov D.F.

Müəssisə MMC-nin rəhbəri Məmmədov V.R. tərəfindən

ƏRİZƏ

Müəssisə MMC 05.04.2019 tarixində Xalq Bank ASC-də açılmış akkreditivin tam geri çağırılmasını xahiş edir.

Müəssisə MMC-nin Rəhbəri ___________

Müəssisə MMC-nin Baş mühasibi ___________

Tarix: 15.04.2019

MY



Normativ-hüquqi aktlar:

AR Mülki Məcəlləsi. Maddələr: 983

Yazı sonuncu dəfə 2018-10-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.