e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Müddətli əmək müqavləsi ilə müəyyən edilmiş işlərin gəbul edilməsi aktı

Akt işlərin gəbuluna görə məsul şəxs tərəfindən hazırlanır. Akt 2 nüsxədə hazırlanır:

  • birinci nüsxə iş görmüş işçiyə verilir;
  • ikinci nüsxə mühasbatlığa verilir.

Aktın "Müqavilənin müddəti" sətirində müqavilənin bağlanma və bitmə tarixi qeyd edilir. Bu bölməni doldurduqda, nəzərə alın ki, bu məlumatlar müəssisədə çalışan işçilərin orta sayının hesablanamsı zamanı istifadə ediləcəkdir.

Akt müqavilədə qeyd edilən işləri yerinə yetirmiş işçi və görülmüş işləri gəbul edən struktur bölmə rəhbəri tərəfindən imzalanır. Müəssisə rəhbəri aktı təsdiqləməlidir.

Akt hazır olandan sonra mühasibatlığa verilir. Onun əsasında işçiyə ödənilməli olan məbləğ hesablanır.

Aktın müəssisənin arxivində saxlama müddəti 5 ildir.

Aktın nümunəvi formasını buradan yükləyə bilərsiniz.

Yazı sonuncu dəfə 2018-09-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.