e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mükafatlandırmanın sənədləşdirilməsi

Müəssisə işçilərinə əmək haqqından əlavə olaraq mükafat verə bilər.

Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Mükafatlar, mükafatların növləri və uçotu barədə buradan tanış ola bilərsiniz.

Adətən mükafatlar "Mükafatlar barədə Əsasnamə" əsasında ödənilir.

İşçilərə verilən mükafatları xərclərə aid etmək üçün Əsasnamədə aşağıdakı məlumatlar əks olunmalıdır:

  • mükafat verilən vəzifələrin siyahısı;
  • mükafatlandırmanın əsasları, göstəriciləri, şərtləri, mükafatlandırma miqdarı və ölçüləri;
  • mükafatlandırmanın maliyyələşməsi mənbələri;
  • hesablama qaydası;
  • mükafatın verilməsini ləğv edən və ya mükafatın miqdarını azaldan şərtlər və göstəricilər.

Mükafatın verilməsi ilə bağlı müəssisə rəhbərinin əmri hazırlanır. Əmr bir nüsxədə insan qaynaqları və ya mühasibatlıq şöbəsinin işçisi tərəfindən hazırlanır. Əmrdə işçinin (və ya işçilərin) soyadı, adı, atasının adı, vəzifəsi, işlədikləri struktur bölmə və məkafatın məbləği qeyd edilir.

Müəssisə MMC

ƏMR

Bakı ş. Tarix: 31.01.2019

Məhsulun yığılması sexinin rəhbəri Əliyev Sabir Həsən oğlu buraxılan məhsulların keyfiyyətinin yüksəldilməsinə görə 300 AZN manat məbləğində mükafatlandırılsın.

Mükafat fevral ayında ödənlən əmək haqqının ödənilməsi zamanı verilsin.

"Müəssisə" MMC-nin Direktoru Salamov D.F. ______________



Yazı sonuncu dəfə 2018-11-28 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.